AZ

Olaf Şolz: Ukrayna Avropaya arxalana bilər

Almaniya kansleri Olaf Şolz Ukraynanı Rusiyaya qarşı tək qoymayacaqlarını və Ukraynanın Avropaya arxalana biləcəyini bildirib.

Baş nazir Şolz Berlində Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta ilə görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ukraynanı Rusiyaya qarşı tək qoymayacaqlarını bir daha təsdiqləyən Şolz, "Ukrayna Avropaya güvənə bilər" deyib.

Kansler Şolz Avropanın çox ciddi bir dövrdən keçdiyini və belə bir zamanda Aİ-nin onlar üçün nə qədər əvəzsiz olduğunu anladıqlarını bildirib.

Martın 20-21-də Brüsseldə keçiriləcək Aİ Liderlər Zirvəsinə işarə edən Şolz, "Təkcə Aİ üzvlərini deyil, Böyük Britaniya, Norveç və Türkiyə kimi Avropalı tərəfdaşlarımızı da toplantıya daxil etməyimiz çox gözəldir. Təbii ki, bu həftələrdə bizi xüsusilə narahat edən iki məsələ var. Ukraynaya dəstək və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi", - deyə qeyd edib.

Seçilən
25
1
aznews.az

2Mənbələr