AZ

Paytaxtda evdən 765 manatlıq müşahidə kamerası oğurlayan şəxslər SAXLANILDI

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765 manat dəyərində müşahidə kamerasının oğurlanması barədə polisə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən olunaraq saxlanılıb.
 

Bundan başqa, bir nəfərin etibarından sui-istifadə edərək 125 manatını ələ keçirməkdə şübhəli bilinən 45 yaşlı N.Quliyevin saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.


Araşdırmalar aparılır.

Bizim.Media

Seçilən
45
bizim.media

1Mənbələr