AZ

Elon Musk Trampın siyasi kampaniyalarına 100 milyon dollar bağışlamağı planlaşdırır

ABŞ-li iş adamı Elon Musk eks-prezident Donald Trampın siyasi fəaliyyətlərinə dəstək üçün 100 milyon dollar bağış etməyi planlaşdırır.

BAKU.WS xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, bu qərar Tramp administrasiyasının Muskın şirkəti Tesla-dan avtomobil alması ilə eyni vaxta təsadüf edir.

Ağ Ev mənbələrinin bildirdiyinə görə, Musk bu vəsaiti Trampı dəstəkləyən "America PAC" siyasi fəaliyyət komitəsinə deyil, onunla bağlı başqa bir təşkilata yönəltmək istəyir.

Qeyd edək ki, Musk 2024-cü ilin noyabrında keçirilən seçkilərdə Tramp və digər Respublikaçı namizədlərə ümumilikdə 288 milyon dollar ianə edərək, həmin dövrdə ən böyük siyasi donor olub.

Seçilən
11
far.az

1Mənbələr