AZ

İranın Azərbaycandan məhsul idxalı azalıb

Bakı. Trend:

Cari İran ilinin 11 ayı ərzində (20 mart 2024 -18 fevral 2025)İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21mart 2023 -19 fevral 2024) müqayisədə dəyər baxımından 31,5%, çəkibaxımından 32,5% azalıb.

Bu barədə Trendİranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumatverib.

Statistikaya əsasən, 11 ay ərzində İranın Azərbaycandan məhsulidxalı təxminən 28,7 milyon dollar dəyərində 11,7 min ton təşkiledib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranınAzərbaycandan məhsul idxalı 41,9 milyon dollar dəyərində 17,3 minton təşkil edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlifavadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairəməhsullar idxal edib.

Statistikada əlavə olunur ki, 11 ayda İranın Azərbaycanlaticarət dövriyyəsi 664 milyon dollar dəyərində 811 min ton təşkiledib. İranın Azərbaycanla ticarət dövriyyəsi ötən ilin analojidövrü ilə müqayisədə dəyər baxımından 10,3%, çəki baxımından 11,7%artıb.

Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasınagörə, 11 ayda İran 63,6 milyard dollar dəyərində 35 milyon tonməhsul idxal edib. Məhsul idxalı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 5,6% artıb, çəki baxımından 2,6%azalıb.

Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyacduyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsalolunan məhsulların ölkəyə idxalına müəyyən məhdudiyyətlər tətbiqedir.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

3Mənbələr