AZ

İki ayda adambaşına düşən ÜDM 1 865 manata olub


Bu ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 72,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 1,7% artıb.
ÜDM istehsalının 38,5%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 4,6%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9%-i informasiya və rabitə sahələrinin, 22%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6%-ini təşkil edib.
Seçilən
10
1
yeniavaz.com

2Mənbələr