Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luiş Nani Bakıya gəlib.
Referans.az xəbər verir ki, o, paytaxtımızda keçirilən Minifutbol üzrə dünya çempionatının püşkatmasında iştirak edib.
Luiş Nani Bakıya gəlişi ilə bağlı paylaşım da edib. Ulduz futbolçu paytaxtda çəkdirdiyi fotonu sosial şəbəkə hesabında paylaşıb./publika.az