AZ

Türkiyəli ulduz Çempionlar Liqasında tarix yazdı

Inter UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Feyenoordu 2:1 hesabı ilə məğlub edərək, ümumi 4:1 hesabı ilə 1/4 finala yüksəlib. Bu matçda türkiyəli milli futbolçu Hakan Çalhanoğlu penaltıdan bir qol vuraraq qələbəyə töhfə verib.

News24.az xəbər verir ki, Hakan Çalhanoğlu Çempionlar Liqası tarixində 10-dan çox qol və 10-dan çox məhsuldar ötürmə edən ilk türk futbolçu olub. Bu nailiyyəti ilə o, türk futbolu tarixində bir ilkə imza atıb.

Qeyd edək ki, Inter 1/4 finalda Almaniyanın güclü komandası Bayern Münhen ilə qarşılaşacaq. Inter 2010-cu ildə Bayern Münheni məğlub edərək Çempionlar Liqasını qazanmış və həmin mövsüm üçlü tac əldə etmişdi./milli.az


Seçilən
2
1
news24.az

2Mənbələr