
“Nissan”, “Honda” ilə razılığa gələ bilməyən baş direktoru vəzifəsindən azad edib.
Yeniavaz.com xəbər verir ki, şirkətin direktorlar şurası böyük kadr dəyişikliyi barədə məlumat yayıb.
Bildirilib ki, 5 ildir baş direktor postunu tutan Makoto Uçida vəzifəsini tərk edəcək.
Aprelin 1-də onu hazırda planlaşdırma üzrə baş mütəxəssis olan 46 yaşlı İvan Espinoza əvəz edəcək.
Makoto Uçida 2019-cu ildə maliyyə fırıldaqlarında ittiham olunan “Renault-Nissan-Mitsubishi” korporasiyasının keçmiş rəhbəri Karlos Qonla bağlı qalmaqaldan sonra vəzifəyə gəlib. Uçida pandemiyadan sonra şirkətə uğurla rəhbərlik edirdi, lakin son illərdə işlər dəyişdi: satışlar kəskin şəkildə azaldı və “Nissan” zəif maliyyə nəticələri göstərməyə başladı. 2025-ci ilin fevralında Uçida danışıqları davam etdirməyə razı olan “Honda” ilə müqavilənin dağılmasında günahlandırıldı, lakin fərqli bir “Nissan”