AZ

Filippinin sabiq prezidenti həbs EDİLDİ

Filippinin sabiq prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs edilib.

Bu barədə məhkəmənin dərc olunan press-relizində deyilir.

Duterte əvvəllər Filippin hökuməti tərəfindən insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək BCM-nin məhkəməyə qədər palatası tərəfindən verilən həbs qərarına əsasən saxlanılmışdı.

Sabiq prezident 2011-ci il noyabrın 1-dən 2019-cu ilin 16 martına qədər Filippində törədildiyi iddia edilən qətllərdə ittiham olunur.


Mənbə: unikal.az

Seçilən
28
8
unikal.az

10Mənbələr