AZ

Tofiq Yaqublu aclıq aksiyasına başlayacağını deyir

Bu həftə 9 il həbsə məhkum olunmuş müxalif siyasətçi Tofiq Yaqublu aprelin 1-dən aclıq aksiyasına başlayacağını elan edib.

"Mən 75 yaşında həbsxanadən çıxmaqdansa, ölümü seçirəm" – Tofiq Yaqublu məhkəmədə elan edib, yaxınları BBC-yə deyib.

64 yaşlı siyasətçi barəsindəki 9 illik həbs qərarını saxta adlandırıb.

Onun sözlərinə görə, artıq1 il 3 aydır ki, həbsdə saxlanması da əsassız və qanunsuzdur.

2023-cü ilin dekabrında həbs olunmuş siyasətçi dələduzluq və saxta sənəd hazırlama və istifadə etmə maddələri ilə ittiham olunub.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
8
bbc.com

1Mənbələr