AZ

Kürdəmirdə kişi qatarın altında qalaraq öldü

Kürdəmirdə kişi qatarın altında qalaraq ölüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 19 radələrində Kürdəmir rayonu, Qarabucaq kəndi yaxınlığında bir kişi qəflətən Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb:

"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, həmin şəxs aldığı xəsarətdən dünyasını dəyişib".


Telegram kanalımız
Seçilən
14
4
yenisabah.az

5Mənbələr