AZ

Ölkənin idxalı ixcracla bərabərləşdi – “Yəni hər yüz dollarlıq ticarətdə bizə 50 sent pul qalıb...”

“Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4,1 milyard dollar olub. Bunun 50,3 faizi ixracın, 49,7 faizi idxalın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 9,3 faiz artıb. Nəticədə ticarət dövriyyəsində 21,1 milyon dollarlıq müsbət saldo alınıb”.

Bu barədə iqtisadçı Eldəniz Əmirov “Facebook” hesabında yazıb.

“Bu dövriyə barəsində açıqlanan rəqəmlərin müsbət tərəfidir”, - o, əlavə edib.

İqtisadçı vurğulayır ki, ticarət dövriyyəsində saldo müsbət olsa da, 4,1 milyard dollarlıq dövriyyə qarşıığında 21 milyonluq müsbət saldo çox deyil: “Dövriyyənin cəmi 0,5 faizinə bərabərdir. Yəni hər yüz dollarlıq ticarətdə bizə 50 sent pul qalıb. Nəzərə alaq ki, neft qiymətləri yanvarda hazırkı satış qiymətlərindən yuxarı idi. Ona görə də qarşıdakı dönəmdə qeyri-neft ixracı artmasa saldonun işarəsi əksinə dəyişə bilər. Digər bir mənfi dinamika idxalın real ifadədə 50,1 faiz artması, ixracın 12,5 faiz azalmasıdır. Eyni zamanda bu dövr ərazində neft-qaz məhsullarının ixracı da real ifadədə 10,4 faiz azalıb”.

Eldəniz Əmirov qeyd edir ki, ixracda artım daha çox qara metallardan hazırlanan borularda 3,1 dəfə (210 faiz), qara metallardan hazırlanan çubuqlarda – 2,4 dəfə (140 faiz) və elektrik enerjisində 72 faiz olub.

“Bu artım sevindiricidir. Lakin burada qayğılandırıcı məqam odur ki, hər 3 məhsul qeyri-neft məhsulu olsa da, hazırlanması üçün xammal təbii sərvətdir. Amma bütün hallarda neft faktorunun olmaması şəraitində artımın belə ciddi olması müsbət dəyərləndirilməlidir” -deyə, o, bildirib.

İqtisadçının sözlərinə görə, başqa bir məsələ mövsümü faktorlarla əlaqədardır. Belə ki, qeyri-neft ixracında mövsüm faktorların böyük rol oynaması il sonuna bu sektorda daha yüksək göstəricilərin əldə edilmə ehtimalı yüksəldir.

“Ölkələrin bizimlə ticari münasibətlərdə mövqeyinə gəldikdə isə yenə də ilk üçlük mövqeyini qoruyub saxlayır: İtaliya, Türkiyə və Rusiya”, - E.Əmirov bildirib.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
16
2
Demokratikmusavat.com

3Mənbələr