Rusiya prezidenti Vladimir Putin Kursk qruplaşmasının komanda məntəqələrindən birində müşavirə keçirib.
“İki sahil” xəbər verir ki, hərbi geyimdə olan Putin ordunun Baş Qərargah rəisi Valeri Gerasimovun məruzəsini dinləyib.
Gerasimov Putinə Kursk vilayətinin Sudja şəhərini azad edilməsi üçün həyata keçirilən "Potok" əməliyyatı barədə məlumat verib.