AZ

Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib

Polşanın Baş naziri Donald Tusk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli prosesi və Avropada təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürməyi xahiş edib.

“Report” xəbər verir ki, o, bu barədə Ankarada Türkiyə lideri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Mən prezident Ərdoğana açıq şəkildə təklif etmişəm ki, Türkiyə Ukraynadakı sülh prosesi və regionumuzda sabitlik və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürməlidir. Türkiyəli tərəfdaşlarımızla müdafiə və müdafiə sənayesi sahəsində birgə işləməyə hazırıq. Tarixi bir irəliləyiş əldə etdiyimizi desəm, mübaliğə etmərəm”, - deyə o vurğulayıb.

Bundan əlavə, Polşanın baş naziri Ərdoğanla Suriyada binaların və infrastrukturun bərpasında iki ölkənin şirkətləri arasında əməkdaşlıq perspektivlərini müzakirə etdiyini bildirib. Baş nazir əlavə edib ki, Ərdoğan apreldə Varşavaya səfər edəcək.

Seçilən
4
3
report.az

6Mənbələr