AZ

Azərbaycan XİN Pakistana başsağlığı verdi


“Pakistanda sərnişin qatarında insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat yayılıb.
“Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyik və terror təhlükəsinin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, çərşənbə axşamı “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları Kvettadan Pişəvərə gedən qatarda təxminən 450 sərnişini girov götürüblər. Ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib. Son məlumata görə, 50 nəfər öldürülüb, 190-ı isə xilas edilib.
Seçilən
35
28
yeniavaz.com

10Mənbələr