Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri ABŞ Prezidenti Donald Trampın məktubunu İrana çatdırıb.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçi “Instagram” hesabında bildirib.
“Bu axşam mən BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşdüm. İkitərəfli münasibətləri və regional məsələləri müzakirə etməklə yanaşı, ABŞ prezidentindən məktub da almışam”, – Araqçi qeyd edib.
Qeyd edək ki, BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bu gün İrana səfər edib.
Səfər çərçivəsində BƏƏ Prezidentinin müşaviri İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparıb.
Ali rəhbər Xameneiynin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.