"Atletiko"nun futbolçusu Anxel Korreaya ağır cəza verilib.
Bizim.Media xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi argentinalı vingeri 5 oyunluq cəzalandırıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Korreanın cəzalandırılmasının səbəbi La Liqanın 27-ci turunun "Xetafe" ilə matçındakı davranışı olub.
30 yaşlı futbolçu 88-ci dəqiqədə ona qırmızı vərəqə göstərən baş hakim Kuadra Fernandesi təhqir edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta