Türkiyənin məşhur “Aşk-ı Memnu” serialının aktyorları uzun illərdən sonra bir araya gəlib. SİA xəbər verir ki, serialda “Adnan” obrazını canlandıran aktyor Selçuk Yöntem həmkarı Kıvanç Tatlıtuğ (Behlül) ilə görüşüb. Onlar birlikdə “Amadeus” tamaşasını izləyiblər. Onlara aktrisalar Dilan Çiçek Deniz, Hatice Arslan və rejissor Kerem Çatay da qoşulub. Həmin anları əks etdirən fotolar sosial mediada maraqla qarşılanıb. Görüntülər serialın izləyicilərini duyğulandırıb.
Xatırladaq ki, “Aşk-ı Memnu” 2008-2010-ci illər ərzində yayımlanıb. Böyük izləyici kütləsinə sahib olan serial son illərdə təkrar yayımlanmış və yeni rəqiblərini belə geridə qoyaraq reytinq rekordları qırmışdı.