AZ

Tramp: Ukraynada atəşkəs Rusiyanın xeyrinə olacaq, lakin bir çox mənfi cəhətlər var...

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukraynada atəşkəs Rusiya üçün faydalı olacaq, lakin bunun bir çox mənfi tərəfləri də var...

Poliqon xəbər verir ki, ABŞ prezidenti bu barədə təfərrüatlara varmadan Oval Ofisdə məlumat verib. Ağ Ev rəhbəri Moskvanın 30 günlük atəşkəs təklifini qəbul edəcəyinə də ümid etdiyini bildirib. Tramp əlavə edib ki, bu məsələdə Rusiya üzərində təsir rıçaqları var.

“Elə şeylər var, maddi mənada xoşagəlməz şeylər doğurur və bunlar edilə bilər... Bu, Rusiya üçün çox pis olacaq. Mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm. Mən sülh görmək istəyirəm”, deyə Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

Qeyd edək ki, çərşənbə axşamı, martın 11-də Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü baş tutub. Doqquz saat davam edən danışıqlardan sonra Ukrayna 30 günlük tam atəşkəsə razılaşıb və ABŞ Kiyevə kəşfiyyat məlumatı və “təhlükəsizlik sahəsində yardımı” bərpa edəcəyinə söz verib. Vaşinqton da bu təklifi “müxtəlif kanallar” vasitəsilə Moskvaya çatdıracağını bildirib.

Donald Trampın sözlərinə görə, Amerika nümayəndə heyəti artıq Moskvaya gedib.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr