AZ

Azərbaycanda yanacaqdoldurma məntəqəsi yandı - FOTO-VİDEO

Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində baş verib. 

Qəsəbə ərazisində yerləşən,1959-cu il təvəllüdlü Ə.Cəfərova məxsus YDM-də təmir işləri aparan zaman anidən yanğın başlayıb.  

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.  

Yanğın söndürülüb, yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib. 

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.  

 

 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu 

Seçilən
35
7
bizim.media

8Mənbələr