AZ

Bu vakansiya üzrə işə qəbul zamanı "GPA" nəzərə alına bilər - VİDEO

Universitet illəri yalnız bilik qazanmaq dövrü deyil, həm də yüksək GPA - yəni "orta qiymət balları" üçün mübarizə aparmaq deməkdir.

Xarici ölkələrdə, "ortalama bal" işə qəbul zamanı həlledici faktorlardan biri sayılır. Azərbaycanda isə buna diqqət edilmir, sadəcə namizədin təcrübəsi və bacarıqları əsas rol oynayır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, ali təhsil müəssisələrini yüksək ballarla və xüsusi fərqlənmə ilə bitirmiş şəxslərin belə işə qəbul prosesində bu amillər

Kamran Əsədov deyir ki, bir çox xarici ölkədə yüksək nəticələrlə pedoqoji ixtisasları bitirən şəxslər işə imtahansız qəbul olunurlar. Ekspertin sözlərinə görə, ölkəmizdə müəllimlik ixtisası üzrə bu sistem tətbiq oluna bilər.  

İnsan resursları üzrə mütəxəssis Röyal Əhmədov bildirir ki, xaricdə tanınmış şirkətlər belə işə qəbul zamanı yalnız  GPA-yı əsas götürürlər.

Mütəxəssis qeyd edir ki, ölkəmizdə işə qəbul prosesində namizədin təcrübəsinə üstünlük verilir. Görünür, bu yanaşma ali təhsil və akademik nailiyyətlərin qiymətləndirilməməsinə səbəb olur. Belə olduqda isə, yüksək akademik göstəriciləri olan şəxslərin potensialı tam olaraq dəyərləndirilmir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Seçilən
4
milli.az

1Mənbələr