AZ

“Azərreyl”in hücumçusu: “Çox səhvlər etdik” - VİDEO

“İlk növbədə komandamı çətin qələbə münasibətiylə təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Roman Merkuşov deyib.

Hücumçu Yüksək Liqanın “Murov Az Terminal”la görüşü barədə fikirlərini Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “Oyun ərzində çox səhvlər etdik. Görüşü ümumi setlərdə 2:0 hesabı ilə davam etdirib bitirə də bilərdik, amma sadə vəziyyətlərdə etdiyimiz səhvlər qarşılaşmanın uzanmasına səbəb oldu. Lakin istənilən halda yaxşı hazırlıq və rəqibin oyununu əvvəldən təhlil etməyimiz, fiziki baxımdan sona qədər mübarizə aparmağımız sayəsində biz qalib gəldik. Bir daha hər kəsi təbrik edirəm”.

Qeyd edək ki, “Azərreyl” bu qarşılaşmada 3:2 hesablı qələbə qazanıb.

İdman.biz

Seçilən
4
idman.biz

1Mənbələr