AZ

Yeniyetmə cüdoçular arasında ACF Kuboku keçiriləcək

Martın 15-16-da 17 yaşadək yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Yarışda 43 klub və idman cəmiyyətindən 348 cüdoçu (288 oğlan, 60 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.

Seçilən
3
7
cbcsport.az

8Mənbələr