AZ

Valideynlər 8 yaşlı qızlarını ölənə qədər tullanmağa məcbur etdi- 42 dərəcə istidə su içməyə qoymadılar

ABŞ-da valideynlər övladlığa götürdükləri qızını batutda tullanaraq ölməyə məcbur ediblər. AzPost bildirir ki, İngiltərənin “The Daily Mirror” qəzeti Amerika Birləşmiş Ştatlarında ər-arvadın övladlığa götürdükləri qızlarına istidə yorğun olana qədər batutda tullanmağa məcbur etdiyini yazıb.

Bildirirlir ki, valideynlər tez-tez uşağı müxtəlif xırda cinayətlərə görə cəzalandırırdılar. Məsələn, səkkiz yaşlı qızı səhər yeməyindən məhrum edirdilər.

“Bir müddət sonra Eşli və Daniel Schwartz yeni bir cəza təklif ediblər. Onlar övladlığa götürdükləri qızları uzun müddət batutda tullanmağa məcbur ediblər. Həmin an çöldə havanın temperaturu 43 dərəcə olub. Hər şeydən əlavə, böyüklər qıza su içməyi qadağan ediblər”, – qəzet yazır.

Nəticədə qız dünyasını dəyişib. Müstəntiqlər bunun qətl olduğunu müəyyən ediblər. Həmin gün trambolin səthinin temperaturu 110 dərəcə olub. Nəhayət, məhkəmə cütlüyü təqsirli bilib və Daniel Schwartz-ı 18 il, həyat yoldaşı Eşlini isə üç ömürlük həbs cəzasına məhkum edib.

Seçilən
16
azpost.info

1Mənbələr