AZ

Vəkil “Yelo Bank”da qoçuluq olduğunu deyir - Müdir müştərinin çənəsini qırıb

“Yelo Bank”ın Elmlər Filialında müdir müştərini döyüb.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşıb.

Vəkil qeyd edib ki, filial müdiri VüqarXəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.

Aqil Layıc həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına sual ünvanlayaraq soruşub: “Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.

Seçilən
4
12
mia.az

10Mənbələr