“Yelo Bank”ın filialında müdir müştərini döyüb.
Vəkil qeyd edib ki, filial müdiri VüqarXəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:
“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.

Aqil Layıc həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına sual ünvanlayaraq soruşub: “Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.