AZ

Ölkələrimiz arasında etibarın möhkəmlənməsinə hədəflənmək vacibdir - Şarl Mişel

Bakı. Trend:

Ölkələrimiz arasında etibarın möhkəmlənməsinə hədəflənməkvacibdir.

Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsindəjurnalistlərə verdiyi açıqlamada Avropa İttifaqının fəxriprezidenti, 2014-2019-cu illərdə Belçikada baş nazir olmuş ŞarlMişel bildirib.

“Qarşılıqlı etibar və güvənliyə can atmaq vacibdir. Bu gün bizciddi çağırışlarla üz-üzə qalmışıq – iqlim dəyişikliyi,bərabərsizlik səviyyəsinin artması, müharibə və münaqişələr. Bizhəmçinin çoxtərəfli əməkdaşlıq prinsipləri və normalarınıntəzyiqlərə məruz qaldığının şahidi oluruq”,- deyə o bildirib.

Onun sözlərinə görə, bir-birini eşitmək, dialoq qurmaq vəqərarların birgə qəbulu və prioritetlərin müəyyən edilməsinin ənyaxşı yollarını tapmaq imkanından yararlanmaq vacibdir.

“Bizim hər birimizin tarixi, mədəni özəllikləri vəadət-ənənələri var, amma mən əminəm ki, beynəlxalq münasibətlərdoğru seçim etmək üçün müdriklik, böyük siyasi iradə və yəqin ki,böyük cəsarət tələb edir”, - deyə Şarl Mişel bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Məqalədə:
Seçilən
4
3
az.trend.az

5Mənbələr