“Kontakt Home”dan narazı olan müştərilər birləşərək şirkətlə bağlı məhkəməyə müraciət etməyi düşünürlər.
Tribunainfo.az xəbər verir ki, belə bir təklifi narazı olan müştərilərdən olan Mikayıl Mikayılov irəli sürüb. Şikayətçi bildirib ki, “Kontakt Home”la mübarizə aparmağın yeganə yolu şirkətlə bağlı ümumi şikayət hazırlamaqdır:
“Mən təklif edirəm ki, kim ki “Kontakt Home” tərfindən hüquqları pozulur, kimə xarab mal satılıb, malı geri götürmür və ya dəyişmirlərlə, bir sözlə “Kontakt Home” kimin haqqına girib xarab mal satıb halal pulunu yeyibsə, ona qarşı birləşək və toplu şəkildə şikayət ünvanlayaq dövlət orqanlarına. Əlavə olaraq da sosial şəbəkələrdə haqqımızı tələb edək. Mənə xarab televizor satıblar. 4 aydır problemim həll olunmur”.
Qeyd edək ki, kütləvi narazılığa səbəb olan “Kontak Home”un rəhbəri keçmiş deputat Elnur Allahverdiyevdir.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar