Bakı. Trend:
Bakıda martın 13-dən 15-dək XII Qlobal Bakı Forumuna evsahibliyi edərək yenidən qlobal dialoqun mərkəzinə çevriləcək.Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilənforum hər il yüksək səviyyəli iştirakçıları – prezidentləri, başnazirləri, nazirləri və aparıcı beynəlxalq təşkilatlarınnümayəndələrini cəlb etməklə aktual məsələlərin beynəlxalqsəviyyədə müzakirəsi üçün əsas qlobal platformalardan birinəçevrilib.
Builki forum qlobal idarəçilik, diplomatiya və əməkdaşlığa yeniyanaşmaların tapılması zərurətini əks etdirən “Dünya düzənininyenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusualtında keçiriləcək. Dəyişən geosiyasi konfiqurasiya, iqtisadiqeyri-sabitlik və həll olunmamış münaqişələr kontekstində forumungündəliyinə çoxtərəfli əməkdaşlıq, BMT-nin gələcəyi, münaqişədənsonrakı yenidənqurma və yeni beynəlxalq münasibətlər sistemininformalaşmasında orta güclərin rolu məsələləri daxil ediləcək.
Qlobal Bakı Forumunun artan nüfuzu daha çox Azərbaycanınregional və qlobal proseslərdə mühüm oyunçu kimi mövqeyiningüclənməsi ilə bağlıdır. Bu illər ərzində Nizami Gəncəvi BeynəlxalqMərkəzi özünü qlobal çağırışların müzakirəsi və ölkələr arasındaqarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün nüfuzlu beynəlxalqplatforma kimi təsdiqləyib. İştirakçıların sayının getdikcə artmasıAzərbaycanın diplomatik rolunun genişlənməsini və çoxtərəfliəməkdaşlığın inkişafına sadiqliyini təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qlobal gündəliyinformalaşmasında forumun əhəmiyyətini vurğulayıb. O, ötənilkiiclasda çıxış edərək qeyd edib ki, Bakı Qlobal Forumu Davos Dünyaİqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcıbeynəlxalq forumlarla bir cərgədədir. "Nizami Gəncəvi BeynəlxalqMərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından bizhəqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələrmüxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkanverir", - dövlət başçısı bildirib.
Bu, Azərbaycanın milli maraqlarının qorunmasını qlobal dialoq vəsülh proseslərində fəal iştirakla birləşdirən strateji kursunu əksetdirir. Mürəkkəb regional dinamikaya uğurla uyğunlaşan, iqtisadiartımı və siyasi sabitliyi təmin edən ölkə kimi Azərbaycan müxtəlifgeosiyasi mərkəzlər arasında əlaqə rolunu gücləndirir.
Bu il forumda dünyanın müxtəlif yerlərindən 400-ə yaxın aparıcısiyasətçi, o cümlədən 50-dən artıq hazırkı və keçmiş dövlət vəhökumət başçıları, Nobel mükafatı laureatları, BMT nümayəndələri,alim və ekspertlər iştirak edəcək. Müzakirələrin mövzuları genişspektrli aktual məsələləri əhatə edəcək – geosiyasidəyişikliklərdən və məsuliyyətli tərəfdaşlıqdan çoxqütblü dünyadaçoxtərəfli əməkdaşlığa, münaqişədən sonrakı yenidənqurma, regionalsabitlik, BMT-nin gələcəyi, iqlim dəyişikliyi və davamlı inkişafaqədər. COP29-un nəticələrinə xüsusi diqqət yetiriləcək.
Davam edən beynəlxalq qeyri-sabitlik fonunda bu səviyyəliforumlar xüsusi əhəmiyyət kəsb edir. Onlar qlobal problemlərə dairfikir mübadiləsi və həll yollarının tapılması üçün məkanyaradırlar.
Qlobal Bakı Forumunun artan rolu Azərbaycanın beynəlxalqməsələlərdə etibarlı tərəfdaş və vasitəçi kimi mövqeyini dəvurğulayır. Ölkənin yüksək səviyyəli müzakirələr təşkil etməkbacarığı onun təkcə geosiyasi əhəmiyyətini deyil, həm də dincdialoq və sabitlik prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Beynəlxalq gərginliyin artması kontekstində Qlobal Bakı Forumuaçıq dialoqun münaqişələrin həlli, iqtisadi əməkdaşlığın inkişafıvə davamlı gələcəyin təmin edilməsi üçün mühüm alət olaraqqaldığını xatırladır. Forumun Bakıda keçirilməsi Azərbaycanın dünyamiqyasında artan təsirini, diplomatiya, çoxtərəflilik və birgətərəqqi prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.