Goranboyda sahibsiz it qadına ağır xəsarət yetirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.
1962-ci il təvəllüdlü A.Kərimova it dişləmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.