AZ

Ukraynanın “ATACMS” raketləri tükənib

Ukrayna ABŞ-nin göndərdiyi bütün “ATACMS” uzaqmənzilli raketləri istifadə edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı anonim amerikalı məmura istinadən “Associated Press” agentliyi yayıb. 

Mənbənin sözlərinə görə, ABŞ Ukraynaya azı 40 belə raket göndərib ki, bunlar da yanvarın sonunda artıq tükənib. 

Agentlik yazır ki, Pentaqonun keçmiş rəhbəri Lloyd Ostin də daxil olmaqla, ABŞ-nin müdafiə rəhbərləri Ukraynaya məhdud sayda “ATACMS” raketlərinin göndəriləcəyini bildirmişdilər.

"Cebheinfo.az" 

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr