AZ

Makronun yeni hərbi koalisiya yaratmaq istəyi baş tutmadı- ÖZƏL

"Ermənistanın ABŞ, Fransa, Yunanıstan, Hindistan, İran, hətta Rusiya və sair dövlətlər tərəfindən güzəştli şərtlərlə silahlandırılması, Avropa İttifaqının Ermənistandakı yarım-hərbi misiyasının informasiya, kəşfiyyat məlumatları əldə etmə cəhdləri, nəhayət ölkədə ehtiyatda olan hərbçilərin təlimə cəlb etməsi Ermənistanın yazda yeni revanş müharibəyə gedəcəyi ehtimalını artırır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Ancaq, Ermənistanın siyasi və hərbi rəhbərliyi bunun dövlətçilik üçün bunun ciddi risk olduğunun fərqindədir və Ermənistan 1918-ci il sərhədlərinə qayıdacağı ehtimalı tam real görünür. Ermənistan ABŞ -ın keşmiş prezidenti Co Bayden administrasiyası ilə bağladığı strateji müttəfiqlik sazişinə Tramp dönəmində arxalana bilməz. Avropa isə Rusiya - Ukrayna müharibəsi ilə bağlı ABŞ - ın davranışlarından sonra özünün təhlükəsizliyini təmin edə biləcəyi belə sual altındadır. Parisdə 30-dan çox ölkənin baş qərargah rəhbərlərinin toplanması Makronun yeni hərbi koalisiya yaratmaq istəyi Avropanın və digərlərinin ABŞ-sız nə qədər çətin vəziyyətdə olduğunu göstərir. Ancaq, ABŞ heç bir halda Avropanın müstəqil güc və hərbi mərkəzə çevrilməsinə imkan verən deyil. Amma Avropa, xüsusən də Almaniya və Fransa baş verənlərdən nəticə çıxarıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr