AZ

Commerzbank-da neftin qiymətilə bağlı yeni proqnoz

Almaniyanın maliyyə təşkilatı Commerzbankı ikinci rübdən sonra neft qiymətlərinin artacağını gözləyir, çünki ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların təsiri ilə neft tədarükü azalacaq.

Marja xəbər verir ki, ikinci rübün sonunda Brent markalı neftin bir barelinin qiymətini 70 dollar qiymətləndirən Commerzbank, ikinci rübdən sonra qiymətin 75 dollar olacağını proqnozlaşdırıb.

Hazırda beynəlxalq bazarlarda Brent markalı neft 70 dollardan bir qədər yuxarı qiymətlərə ticarət olunur. 

Gömrük rüsumlarının (tariflər) qlobal iqtisadi artıma təsiri, ABŞ-da mümkün tənəzzüllə bağlı narahatlıqlar və OPEC+ qrupunun hasilatı artırmaq planları bazarlara təsir etməkdə davam edir.

ABŞ prezidenti Donald Trampın proteksionist siyasəti qlobal bazarlarda qeyri-müəyyənliyi artırır. Tramp ölkəsinin ən böyük neft tədarükçüləri olan Kanada və Meksikaya tarifləri müvəqqəti təxirə saldığını açıqlayıb. Çin mallarına rüsumları artırıb, Çin və Kanada ABŞ-a tariflər ilə cavab verib. 

Dünyada inflyasiya ilə mübarizə davam etsə də, tənəzzüllə bağlı narahatlıqlar iqtisadiyyatlara təzyiq göstərməkdə davam edir. Trampın tariflər vasitəsilə başladığı ticarət müharibəsi ölkə iqtisadiyyatındakı qeyri-müəyyənlikləri dərinləşdirir.

Tramp bazar günü verdiyi müsahibədə iqtisadi proqnozlara "nifrət etdiyini" deyib və əlavə edib: "Hazırda keçid dövründəyik, çünki etdiyimiz işlər böyükdür. Biz Amerikaya rifahı qaytarırıq və bu, böyük bir addımdır. Bu kimi böyük dəyişikliklər həmişə müəyyən vaxt tələb edir."

Seçilən
12
marja.az

1Mənbələr