Bakı, 13 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-fevral aylarında 1,4 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12 faiz çoxdur.
ADY-dən AZƏRTAC-a bildirilib ki, qatarla səfər edən xarici turistlərin sayı 38 faiz artaraq 3763 olub.