AZ

İranın Azərbaycana qeyri-neft məhsul ixracı artıb

Cari İran ilinin 11 ayı (20 mart 2024 -18 fevral 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü ilə (21 mart 2023 -19 fevral 2024) müqayisədə dəyər baxımından 13,4%, çəki baxımından 12,8% artıb.

FED.az xəbər verir ki, bu barədə İranın Gömrük Administrasiyasının statistikasında bildirilir.

Statistikaya əsasən, 11 ayda İranın Azərbaycana qeyri-neft məhsul ixracı 635 milyon dollar dəyərində 799 min ton təşkil edib.

Statistikada əlavə olunur ki, ötən ilin analoji dövründə İranın Azərbaycana qeyri-neft məhsul ixracı 560 milyon dəyərində 708 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana, əsasən, kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikada qeyd olunur ki, 11 ayda İranın Azərbaycanla ticarət dövriyyəsi 664 milyon dollar dəyərində 811 min ton təşkil edib. İranın Azərbaycanla ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 10,3%, çəki baxımından 11,7% artıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının bildirdiyinə əsasən, cari İran ilinin 11 ayı ərzində İranın qeyri-neft məhsul ixracı 53,4 milyard dollar dəyərində 141 milyon ton təşkil edib. Qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 19%, çəki baxımından 12,6% artıb. (Trend)

Seçilən
6
1
fed.az

2Mənbələr