Bakı, 13 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında neft-kondensat hasilatı 4,5 milyon ton, ixraca nəql edilən həcmlər isə 3,7 milyon ton olub.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
O bildirib ki, iki ayda 8,1 milyard kubmetr qaz hasil edilib, 3,8 milyard kubmetr qaz isə ixrac olunub.
“Yanvar-fevral aylarında təxminən Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql edilib”, - deyə nazir qeyd edib.