Yazını böyüt
Yazını kiçilt
"Su tariflərin diferrensiallaşdırılması yeni bir ideya deyil. Məsələn, istehsal və içmək məqsədləri, eləcə də suvarma üçün götürülən suların qiymətləri müxtəlifdir".
Bunu Hafta.az-a açıqlamasında su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib. Ekspertin fikrincə, su tariflərin diferrensiallaşdırılması vacibdir:
"Hesab edirəm ki, suvarma suyu verilərkən iri şirkətlərə, xüsusilə 50 ha-dan çox əkilən ərazilərə daha yuxarı tariflər təyin etmək lazımdır. Kiçik fermerlər və həyətyanı suvarma üçün isə tariflər aşağı olmalıdır”.