AZ

Zərərdə olan bank dividend haqqında düşünür

?Bank VTB (Azərbaycan)? ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, 30 aprel 2025-ci il tarixində “Bank VTB (Azərbaycan)” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın baş ofisində saat 12:00-da baş tutacaq.

İclasın gündəliyi:

  1. Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağının katibinin seçilməsi;
  2. Bankın 2024-cü il üzrə maliyyə hesabatına baxılması;
  3. Bankın 2024-cü il üçün mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi ilə bağlı təkliflərə baxılması.

Xatırladaq ki, “Bank VTB (Azərbaycan)” ASC 2024-cü ili 9 milyon 538 min manat xalis mənfəət ilə başa vursa da, bankın 217 milyon manata yaxın yığılmış zərəri mövcuddur.

Seçilən
9
1
banker.az

2Mənbələr