AZ

Suriyada Milli Təhlükəsizlik Şurası yaradılır

Suriyanın müvəqqəti Prezidenti Əhməd aş-Şaraa ölkədə Milli Təhlükəsizlik Şurasının yaradılması barədə Sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “SANA” agentliyi yayıb.

“Respublika prezidentinin sədrliyi altında Milli Təhlükəsizlik Şurası yaradılır. Onun məqsədi təhlükəsizlik və siyasət məsələlərinin koordinasiyası və idarə edilməsidir”, - deyə sənəddə qeyd olunub. 

Şuranın tərkibinə xarici işlər, müdafiə, daxili işlər nazirləri və kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bununla yanaşı, Milli Təhlükəsizlik Şurasında Şaraa tərəfindən təyin edilən iki məsləhətçi üzv və texniki ekspert olacaq.

"Cebheinfo.az" 

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr