AZ

Zaqatalada sosial xidmətlərə dair ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib. 

 

Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırma məqsədi daşıyan ictimai dinləmə Zaqatala şəhərində keçirilib. 

 

İctimai dinləmədə dövlət və özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, şagirdlər, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. 

 

Ümumilikdə 400-ə yaxın şəxsin iştirak etdiyi görüşdə Sosial Xidmətlər Agentliyinin Şəki-Zaqatala regional filialının müdiri Vüqar Əhmədzadə iştirakçılara əvvəlcə Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması məqsədilə görülən işlər barədə məlumat verib. 

 

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova ictimai dinləmələrin əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, ictimaiyyətin məlumatlandırılması, sosial xidmətlərə əlçatanlığın təmin edilməsi sahəsində ictimai dinləmələrin keçirilməsi təqdirəlayiqdir. 

 

Sonra Agentlik tərəfindən göstərilən sosial xidmətlər, həayata keçirilən sosial-reabilitasiya tədbirləri, həmçinin övladlığagötürmə və himayədar ailə qayğı modeli haqqında məlumatlar verilib, suallar cavablandırılıb.

Seçilən
20
1
qht.az

2Mənbələr