"Aşağı liqalarda diqqətimizi çəkən futbolçular var".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis Haiti və Belarus yığmaları ilə keçiriləcək yoldaşlıq matçı öncəsi fikirlərini açıqlayıb. O, I divizionda "Qəbələ"dən milliyə dəvət etdiyi Şahin Şahniyarovla ilə bağlı danışıb: “Onda çoxlu keyfiyyət gördüm. Bildiyiniz kimi, mən və mənim məşqçi korpusum aşağı diviziondakı oyunlara baxırıq. Həmin matçlarda bir neçə futbolçu diqqətimizi cəlb edib. Ona görə də Şahniyarovu dəvət etmişik".
Qeyd edək ki, millimiz martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, üç gün sonra “Bank Respublika Arena”da Belarus yığması ilə qarşılaşacaq.
Aytac Sahəd
İdman.biz