"Bank Respublika" SMS Məlumatlandırma xidmətinin aylıq abunə haqqında dəyişiklik edib.
Valyuta.az xəbər verir ki, xidmətin aylıq istifadə haqqı 3 manata qaldırılıb. Bundan öncə, bu xidmət üçün aylıq abunə haqqı 2 manat idi.
Dəyişiklik bu gündən qüvvəyə minib. Əlavə olaraq ay ərzində göndərilən SMS sayı 100-dən çox olduqda, hər SMS üçün 0.06 AZN xidmət haqqı tutulacaq.