AZ

Polis mayoru vəfat etdi -

Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Müşviq Əlikişi oğlu Cümşüdov 53 yaşında vəfat edib.Metbuat.az xəbər verir ki, bu barədə teleqraf-a onun yaxınları məlumat verib. M.Cümşüdov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.Onun üç övladı yadigar qalıb.Mərhum Bakıda dəfn olunub.Qeyd edək ki, M.Cümşüdov əslən Laçın rayonundandır. Onun atası Cümşüdov Əlikişi Mirzəmməd oğlu İkinci Dünya müharibəsində iştirak edib.

Mozdokdan Berlinə qədər döyüş yolu keçən Ə.Cümşüdov üç dəfə yaralansa da yenidən səngərə qayıdıb. Müharibədən sonra Daxili İşlər Nazirliyi nəzdində Latviya, Litva və Donbasda xidmət keçib.1946-cı ilin oktyabr ayından Laçın Rayon Daxili İşlər Şöbəsində bölmə komandiri təyin edilib. 1988-ci ildə təqaüdə çıxıb. 2021-ci ildə 100 yaşında vəfat edib.

Seçilən
10
17
metbuat.az

10Mənbələr