Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş komandanın heyətini açıqlayıb.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında milliyə çağırdığı futbolçuların adlarını açıqlayıb.
O, martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
Xatırladaq ki, Azərbaycan milli komandası martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena Belarusla qarşılaşacaq.
S. | AD/SOYAD | KLUB |
1 | Rza Cəfərov | Neftçi |
2 | Şahrudin Məhəmmədəliyev | Qarabağ |
3 | Aydın Bayramov | Zirə |
4 | Amin Seydiyev | Sabah |
5 | Mert Çelik | Səbail |
6 | Bəhlul Mustafazadə | Qarabağ |
7 | Bədavi Hüseynov | Qarabağ |
8 | Rahil Məmmədov | Radomiak Radom (Polşa) |
9 | Zamiq Əliyev | Eqnatia (Albaniya) |
10 | Rəhman Daşdəmirov | Sabah |
11 | Elvin Cəfərquliyev | Qarabağ |
12 | Aleksey İsayev | Qarabağ |
13 | Coşqun Diniyev | Çorum (Türkiyə) |
14 | Elvin Camalov | Neftçi |
15 | Şahin Şahniyarov | Qəbələ |
16 | İsmayıl İbrahimli | Zirə |
17 | Səbuhi Abdullazadə | Sumqayıt |
18 | Ozan Can Kökçü | HJK (Finlandiya) |
19 | Toral Bayramov | Qarabağ |
20 | Nəriman Axundzadə | Qarabağ |
21 | Xəyal Əliyev | Sabah |
22 | Renat Dadaşov | Radomiak Radom (Polşa) |
23 | Ağadadaş Salyanski | Neftçi |
24 | Mahir Emreli | Nürnberq (Almaniya) |
25 | Musa Qubanlı | Qarabağ |