Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, siyahıya Harri Keyn Canluici Donnarumma, Marko Asensio və Emre Can daxil edilib.
Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.