AZ

"Azercell" məhkum qadınlar üçün "Kitab Klubu" təşkil etdi

"Azercell"in cəmiyyətdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə həyata keçirdiyi "Kitab Klubu" layihəsi çərçivəsində növbəti görüş baş tutub.

"Unikal" xəbər verir ki, Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunan tədbir 4 saylı cəzaçəkmə müəssisəsi və Qadın Qaynar Xətti ilə birgə əməkdaşlıq çərçivəsində keçirilib.  Görüşdə mütaliə və ədəbiyyatın cəmiyyətin mənəvi və mədəni inkişafına, həmçinin sosial inteqrasiyaya təsiri müzakirə olunub.

Tədbirin qonağı tanınmış aktyor, rejissor, ssenari müəllifi Əlixan Rəcəbov Azərbaycan ədəbiyyatında qadın obrazlarının inkişafı barədə danışıb. Əlixan klassik və müasir ədəbiyyatda qadınların rolu, eləcə də kitabların ekranlaşdırılmasının ədəbiyyatın geniş auditoriyaya çatdırılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüb. 

Görüş zamanı iştirakçılar seçdikləri şeir və ədəbi nümunələri səsləndiriblər, ədəbiyyat barədə düşüncələrini bölüşüblər. 

Seçilən
5
1
unikal.az

2Mənbələr