Futbol üzrə Azərbaycan millisinin Haiti və Belarusa qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, komandanın baş məşqçisi Fernandu Santuş yığmaya dəvət alan futbolçuların siyahısını mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, yığma martın 22-də Haiti, bundan üç gün sonra isə Belarusla üz-üzə gələcək.