AZ

?Financial Times?: Maskın səylərinə baxmayaraq, ABŞ-nin xərcləri fevralda $603 milyarda çatıb

İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ?hiperaktiv kampaniyasına? baxmayaraq, ABŞ hökumətinin xərcləri fevral ayında rekord həddə ? 603 milyard dollara çatıb. ?Financial Times? (FT) bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Eyni zamanda, DOGE bildirib ki, agentlik müqavilələri və icarələri ləğv etmək və ya yenidən müzakirə etmək, aktivləri satmaq, qrantları ləğv etmək və digər tədbirlərlə 100 milyard dollardan çox qənaət etməyə nail olub.

Mask dəfələrlə iddia edib ki, onun agentliyi hökumətə 1 trilyon dollar qənaət etmək yolundadır. Bununla belə, Xəzinədarlığın məlumatlarına inansaq, böyük ixtisarlar yalnız “bəzi maddələr üzrə” qeydə alınıb. O cümlədən, Təhsil Nazirliyinin xərcləri 6 milyard dollar azaldılıb.

Daha əvvəl bildirilmişdi ki, Mask Trampın nəzarətində olan təşkilata 100 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Seçilən
0
1
banker.az

2Mənbələr