AZ

Siyasi münaqişələr artıq dünyanı dəyişib, müəyyənlik qeyri-müəyyənliklə əvəz olunub - Albaniya Prezidenti

Bakı. Trend:

Biz çoxtərəfli dialoqa sadiqliyimizi nümayiş etdiririk. Bugünkütədbirin şüarı danışıqların fürsətlərə çevrilməsidir.

Trend xəbərverir ki, bunu bu gün Albaniya Prezidenti Bayram Beqay XII QlobalBakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

O bildirib ki, dünyada baş verən siyasi münaqişələr artıqdünyanı dəyişib, müəyyənlik qeyri-müəyyənliklə əvəz olunub:

"Çağdaş dünyamız yalnız siyasi böhranla üzləşməyib. Eyni zamandaiqtisadi tənəzzül də baş verib. Bu gün dünya keçid dövründədir. Bukeçiddə azadlıq, demokratiya, insan haqları, ədalət vətəhlükəsizlik kimi məfhumlar sınaqdan keçməkdədir. Buradakibertəhlükələr, mütəşəkkil cinayətlıq, saxta məlumatlardominantlıq etməyə çalışır. Bizdən birlik, cəsarət tələb olunur.Çağırışlar yeni dünya düzəni üçündür. Biz sülhün bərpasını təbliğetməliyik. Biz sərhədləri, dövlət suverenliyini qorumalıyıq. Bizdənregional və beynəlxalq şəkildə əməkdaşlıq tələb olunur", - obildirib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrantların Avropaya axınıbir daha onu göstərir ki, sərhədlərdə nəzarət kifayət dərəcədədeyil.

"COVID-19 pandemiyasının idarəedilmə təcrübəsi onu göstərdi ki,ən effektiv həll vahid reaksiya mexanizmidir. Bunun üçün dətexnoloji inkişafa dəstək olmalıyıq, süni zəkanı inkişafetdirməliyik. Biz öz dəyərlərimizə sadiq qalmalıyıq. Bizə elə birdünya lazımdır ki, iqtisadi dayanıqlılıq əldə edilsin, münaqişələrhəll edilsin, cəmiyyətlətimiz güclənsin, parçalanmasın”.

Dövlət başçısı Azərbaycan-Albaniya münasibətlərindən də sözaçıb:

"Bizim uzunmüddətli dostluğumuz qarşılıqlı əməkdaşlıqda özəksini tapıb, ələlxüsus iqtisadiyyat və infrastruktur layihələrininəzərdə tuturam. Mən bu əməkdaşlıq və onun inkişafına sadiqəm,baxmayaraq ki, biz coğrafi baxımdan yaxın deyilik".

Seçilən
9
1
az.trend.az

2Mənbələr