AZ

Avropada qızılca epidemiyası yayılıb

Avropa ölkələrində qızılcaya yoluxma halları son bir ildə on dəfədən çox artıb. Səhiyyə orqanları insanları bu yüksək yoluxucu xəstəlikdən qorunmaq üçün peyvənd almağa çağırır.

Vətəninfo.az xəbər verir ki , bu barədə Euronews xəbər yayıb.2024-2025-ci illərdə Avropa İttifaqı, İslandiya, Lixtenşteyn və Norveçdə 32 000-dən çox qızılca hadisəsi aşkar edilib ki, bu da 2400-dən az qızılca hadisəsinin qeydə alındığı 2023-cü illə müqayisədə çox əhəmiyyətli artımdır. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi, qızılcaya yoluxma hallarının önümüzdəki aylarda artmağa davam edəcəyini bildirdi.Son bir ildə ən çox qızılca hadisəsi Rumıniyada (27 568), sonra İtaliyada (1 097), Almaniyada (637), Belçikada (551) və Avstriyada (542) qeydə alınıb.Yoluxmuş insanların əksəriyyəti, 86%-i peyvənd olunmayıb. Onların çoxu 4 yaşınadək uşaqlar olub. Səhiyyə orqanları bildirirlər ki, qızılca xəstəliyinin yayılmasının qarşısını almaq və peyvənd oluna bilməyən həssas insanları, məsələn, yeni doğulmuşları qorumaq üçün əhalinin ən azı 95%-i peyvənd edilməlidir.Qızılca səpgi, qızdırma və öskürəyə səbəb olur. Ağır hallarda pnevmoniya, ensefalit və ölümlə nəticələnə bilər.

Seçilən
3
veteninfo.az

1Mənbələr